Accessibility links

Pakistanda intiharçı hərbi məntəqəyə hücum edib


Pakistanın ucqar bölgəsində intiharçı partlayıcılarla dolu maşını hərbi məntəqənin içərisinə sürməsi nəticəsində ən azı 2 nəfər həlak olub, 10 nəfərsə xəsarət alıb. Hücum Əfqanıstanla sərhəddə olan Şimali Vəziristan vilayətində baş verib. Hadisə ilə bağlı ətraflı məlumat verilmir. Pakistandan verilən başqa xəbərdə deyilir ki, ölkə nüvə başlıqları daşıyan orta ölçülü ballistik raketi uğurla sınaqdan çıxarıb. Prezident Pərviz Müşərrəflə yanaşı, ölkənin ordu komandiri, başqa rəsmilər və alimlər sınağı nümayiş ediblər. Testdən sonra cənab Müşərrəf bildirib ki, Pakistan güclü nüvə qabiliyyətini inkaşaf etdirəcək. Bu raket 1300 kilometr məsafəni qət edə bilir. Qeyd edək ki, Pakistan keçən həftə başqa bir orta ölçülü raketi sinaqdan çıxarmışdı.

XS
SM
MD
LG