Accessibility links

Bağdadın iki heyvan bazarında bomba partlayışları çoxsaylı adamın ölümünə yol açıb


İraq polisinin bildirdiyinə görə, bu gün Bağdadın iki heyvan bazarında bomba partlayışları 64 adamın ölümü 100-dən artığının yaralanmasına səbəb olub. Qadın intiharçının Əl-Qəzl bazarında həyata keçirdiyi ilk hücum 46 adamın ölümü, 82 nəfərin yaralanmasına yol açmışdı. İraq müharibəsinin başlanğıcından bəri bu bazar dəfələrlə hücumlara səhnə olub. Hadisədən 20 dəqiqə sonra Bağdadın cənub bölgəsindəki partlayış 18 adamın ölümü, 25-nin yaralanması ilə nəticələnib. Bu arada ABŞ-ın İraqdakı hərbi xidmətçiləri arasında ölüm hallarının yanvar ayında artdığı, lakin keçən illə müqayisədə daha az olduğu bildirilir.

XS
SM
MD
LG