Accessibility links

Rusiyada prezidentliyə namizədlər kampaniyaya başlayır


Rusiyada martın 2-də keçiriləməsi gözlənilən seçkilərin prezidentliyə namizədləri üçün mətbuat kampaniyası bu gündən başlayıb. İTAR-TASS xəbər agentliyinin bildirdiyinə görə, 4 namizədə kampaniyaya başlamağa icazə verilib. Onlar gələn həftənin bazar ertəsi günündən başlayaraq təbliğat və debatlar aparmaq üçün televiziya və radioda ödənişsiz dəqiqələr alacaq. Qərb politoloqlarının fikrincə, prezident Vladimir Putinin xələfi olan Dmitri Medvedyev mübarizənin qalibi kimi görünür. Rusiya konstitusiyası cənab Putinə 3-cü müddətə namizədliyini irəli sürməyə icazə vermir.
XS
SM
MD
LG