Accessibility links

Dünyəvi türklər universitetlərdə hicab qadağasının ləğvinə etiraz olaraq nümayiş keçirib


On minlərlə dünyəvi türk bu gün küçələrə çıxaraq hökumətin Türkiyə universitetlərində baş örtüklərinə qadağanı aradan qaldırmasına etiraz ediblər. Etirazçılar “Türkiyə dünyəvidir və dünyəvi də qalacaq” şüarları səsləndirib və əllərində milli bayraqlar dalğalandıraraq Ankarada Mustafa Kamal Atatürkün movzaleyinə yürüş keçiriblər. Atatürk müasir Türkiyənin banisi və onun dünyəviliyinin simvolu hesab edilir. Ölkənin xarici işlər naziri Əli Babacan qadağanın aradan qaldırılmasını Avropa Birliyinə qəbul edilmək üçün tələb olunan islahatlar paketi ilə əlaqələndirib. Bu həftənin əvvəlində Türkiyənin Ədalət və İnkişaf partiyası və sağ qanadlı Millətçi Hərəkat Partiyası baş örtükləri qadağasını aradan qaldıran qanun layihəsini parlamentə təqdim ediblər.

XS
SM
MD
LG