Accessibility links

Serbiyada prezident seçkiləri keçirilir


Serbiyada seçicilər qərb tərəfdarı Boris Tadiç və millətçi Tomislav Nikoliç arasında kiçik fərqin olduğu prezident seçkilərində səs verirlər. Mərkəzi Seçki Komissiyasının rəsmlərinin bildirdiyinə görə, səsvermə məntəqələrinin açılmasından sonra ilk saatlarda səs vermək hüququ olan seçicilərin yalnız 10%-i səs verib.

Serbiyalı seçicilər ölkənin rifahını Avropa Birliyilə bağlayan Boris Tadiç və Serbiyanın ənənəvi müttəfiqi, Rusiya ilə yaxın əlaqələri olan Tomislav Nikoliç arasında seçim edirlər. Cənab Nikoliç keçən ay prezident seçkilərinin ilk raunda 40%-lə çoxluq əldə etmişdi. Cənab Tadiç səslərin 35%-ni ala bilmişdi. Siyasi təhlilçilər namizədlər arasında çox az fərq olduğunu deyirlər.

XS
SM
MD
LG