Accessibility links

İran fəzaya peyk göndərməyə hazırlaşdığını bildirib


İran daxildə hazırlanmış araşdırma peykini fəzaya göndərəcək raketi sınaqdan keçirib. Iran dövlət televiziyası bu gün səhrada səmaya qalxan raketi nümayiş etdirib. O, raketin hansı yüksəkliyə çatdığını bildirməyib. Raket havaya qalxdıqdan sonra kiçik probun yerə düşdüyü görünüb, lakin onun daxilində nə olduğu aydın deyil.

İran prezidenti Mahmud Əhmədinejad sınaqdan istifadə edərək Tehranda fəza mərkəzinin açılış mərasimini keçirib. ABŞ-da Ağ Evin sözçüsü sınaqdan təəssüfünü bildirmiş və bunun Tehranı dünyadan daha çox təcrid edəcəyini dilə gətirmişdir.

XS
SM
MD
LG