Accessibility links

Əfqanıstanda 3 mülki vətəndaş xəsarət alıb


Əfqansıtanın cənub Qəndəhar vilayətində yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində 3 mülki vətəndaş xəsarət alıb. Məlumat Vali idarəsinin bəyanatında yayılıb. Röyter xəbər agentliyinin bildirdiyinə görə, Qəndəhar vilayətinin valisi Əsədulla Xalid partlayış zamanı Şah Vali Kot rayonunda bir neçə yenidən inşa edilmiş obyektin açılışı məqsədi ilə Qəndəhar şəhərinə gedirdi. Bu arada Helmənd vilayətinin ruhanisi təsadüfən özü və iki uşağının ölümünə səbəb olub. Partlayıcı maddələrlə işləyən həmin şəxsin xanımı və qızı ağır yaralanıb.

XS
SM
MD
LG