Accessibility links

Rusiya Kosovo ilə əlaqədar yenidən xəbərdarlıq edib


Serbiyanın müttəfiqi Rusiya bir daha Kosovonun müstəqilliyinin tanınmamasına dair xəbərdarlıq verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Cenevrədə müxbirlərə deyib ki, təktərəfli bəyanat Avropanın başqa bölgələrində də parçalanma hərəkatına zəncirvari reaksiyalara zəmin yarada bilər. Rusiyanın xarici işlər naziri hansı ölkərləri nəzərdə tutduğunu deməyib. O, bunun həm də BMT-nin xartiyasını kölgə altına ala biləcəyini deyib. Xatırladaq ki, Kosovo gələn bir neçə həftə ərzində müstəqiliiyini elan etməyə hazırlaşır.

XS
SM
MD
LG