Accessibility links

ABŞ prezidentliyinə namizədlər respublikaçı Con Makkeyn və demokrat Barak Obama son üç praymerizin qalibləri olublar


ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama və respublikaçı namizəd Con Makkeyn Vaşhinqton mahalı, Vinciniya və Meriland ştatlarındakı praymerizlərdə qələbə əldə edib. Hər üç ştatda Obama Nyu york senatoru Hillari Klintonu cüzi fərqlə arxada qoyub. Viskonsin ştatının Madison şəhərində tərəfdarları qarşısında çıxışı zamanı Obama Makkeynlə bir respublikaçı kimi fərqlərindən danışmışdı. Con Makkeyn isə rəqibi Arkanzas ştatının sabiq qurbernatoru Mayk Hakabinin güclü müqavimətinə baxmayaraq, regional yarışlardan qalib çıxa bilib. Makkeyn tərəfdarlarına deyib ki, nə Obam nə də Klintona Ağ Evə yol verməyin. Con Makkeyn artıq respublikaçılar partiyasında nominasiyasının irəli sürülməsi üçün labüd olan nümayəndələrin səsinin yarıdan çoxunu əldə edib.
XS
SM
MD
LG