Accessibility links

İraq generalı Bağdadda zorakılıqların sayının azaldığını deyir


İraqın yüksək rütbəli hərbi rəsmisi deyib ki, Bağdadda üsyançıların aksiyaları və təriqət zəminində hücumların sayı bir il əvvəl həyata keçirilməyə başlayan təhükəsizlik əməliyyatlarından sonra xeyli azalıb. General-leytenant Əbdül Qənbər bu gün müxbirlərə bildirib ki, paytaxt küçələrində tapılan cəsədlərin sayı gündə 42-dən 4-ə enib. Onun sözlərinə görə, bu, təhlükəsizlik planlarının uğuruna işarədir.
İraqla bağlı daha bir xəbərdə deyilir ki, Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətləri yoxsul iraqlılara yardım üçün 19 milyon dollar vəsait verilməsinə çağırıb. Təşkilatın Yaxın Şərq və Şimali Afrikada əməliyyatlar üzrə koordinator Linda Stops Amerikanın səsinə bildirib ki, məqsəd çox aşağı gəlirli, ya da heə gəliri olmayan bir milyon insana kömək etməkdən ibarətdir.
XS
SM
MD
LG