Accessibility links

İraqda intiharçı qadın 3 nəfərin həyatına son qoyub


İraq təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, intiharçı qadının Bağdadın mərkəzindəki elektron cihazlar mağazasına hücumu nəticəsində ən azı 3 nəfər həlak olub, bir neçə nəfərsə yaralanıb. İntiharçı bədənindəki bombaları Karrada məhəlləsində üzərinə yerləşdirib. Qadından şübhələnən polis onun arxasınca düşüb. Bu hücum İraqda qadın vasitəsilə həyata keçirilən son partlayışdır. Bu ayın əvvəlində isə 2 intiharçı qadının Bağdadın heyvan bazarına hücumu nəticəsində 100-ə yaxın adam ölmüşdü. Dünən İraqın yüksək rütbəli hərbi rəsmisi deyib ki, Bağdadda üsyançıların aksiyaları və təriqət zəminində hücumların sayı bir il əvvəl həyata keçirilməyə başlayan təhlükəsizlik əməliyyatlarından sonra xeyli azalıb.
XS
SM
MD
LG