Accessibility links

Bu gün Kosovonun müstəqilliyi elan edilib


Bu gün Kosovonun müstəqilliyi elan edilib. Kosovonun baş naziri Haşım Taci vilayətin müstəqilliyinin elan edilməsi üçün parlamentin xüsusi sessiyasını çağırıb. Cənab Taci deyib ki, üzərində zorakılıq izləri qalan bu ərazinin bu gün dinc və tarixi bir günüdür. O deyib ki, bu gün Kosovo üçün fəxr, azadlıq və istiqlaliyyət günüdür. Baş nazir Priştinanın mərkəzi meydanında çıxış etməli, Avropanın himni olan Bethivenin 9-cu simfoniyasının sədaları altında şənliklər təşkil edilməlidir. Bu gün Tanzaniyda olan ABŞ prezidenti Corc Buş deyib ki, Amerika Birləşmiş Ştatları müttəfiqləri ilə əməkdaşlığını davam etdirib, bölgədə zorakılıqlara yol verməyəcək. Kosovonun müstəqilliyinin əleyhinə olan Serbiya və Rusiya Kosovonun müstəqilliyinin Avropanın digər bölgələrinə örnək ola biləcəyindən narahatlıqlarını bildiriblər.

XS
SM
MD
LG