Accessibility links

Qəndəharda yaraqlılar Kanada konvoyuna hücum edib


Əfqanıstanın Qəndəhar vilayətində bu gün Kanada konvoyunu hədəf alan bomba hücumu azı 37 nəfərin ölümünə, üç Kanada əsgəri də daxil edilməklə, 30-dan çoxunun yaralanmasına səbəb olub. Bu hücum həmin regionda 100-dən çox insanın ölümü ilə nəticələnən intiharçı hücumundan bir gün sonraya təsadüf edir.

Qəndəhar vilayətinin qubernatoru Əsədulla Xalid dünən Pakistanla sərhəddəki Spin Boldakda həyata keçirilən hücumda Taliban yaraqlılarını günahlandırıb. Taliban isə bu ittihamı rədd edib. Qubernator yaralananların əsasən it boğuşmasına tamaşa edən kişilər və yeniyetmə oğlanlar olduğunu deyib.

XS
SM
MD
LG