Rusiya Avropa Birliyinin nümayəndə heyətinin Kosovoya səfəri barədə planını qəti şəkildə pisləyib. O, bu qərarın BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmədiyini və beynəlxalq hüquq normalarına zidd olduğunu deyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvanın Kosovonun müstəqilliyi qərarını tənqid etdiyini bir daha dilə gətirib. O deyir ki, Birliyin missiyası 2007-ci il BMT Təhlükəsizlik Şurası qətnaməsini pozur. 1785 nömrəli qətnamə bütün ölkələrin suverenliyini və ərazi bütövlüyünü təmin edir.