Accessibility links

Müqtəda Əl-Sədrin atəşkəs barədə qərar verəcəyi gözlənilir


İraqın radikal şiə ruhanisi Moqtəda Əl-Sədrin Mehdi Ordusu ilə İraq və Birləşmiş Ştatlar ordusu arasında davam edən 6 aylıq atəşkəsin vaxtının uzadılması və ya dayandırılması barədə qərarını bu bu həftə verəcəyi gözlənilir. Sədrin sözçüsü Salah Əl-Obeydinin dediyinə görə, Sədr qərarın açıqlanması vaxtını bu gün bəyan etməlidir. Xatırladaq ki, Əl-Sədr atəşkəs barədə təklifini keçən ilin avqust ayında etmişdi.

Bunlarla yanaşı xəbər verilir ki, Bağdadın şimalındakı Moqdadiyə şəhərində həyata keçirilən intiharçı hücumu azı 7 nəfərin ölümünə, 15-nin yaralanmasına səbəb olub. ABŞ hərbi qüvvələri isə bildirirlər ki, yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində üç Amerika əsgəri həlak olub.

XS
SM
MD
LG