Accessibility links

Türkiyə ordusu İraqın şimal sərhədlərinə daxil olub


Türkiyə hərbi qüvvələrinin dünən gecədən bəri İraqın şimal sərhədlərini keçərək, kürd yaraqlılarına qarşı hərbi əməliyyatlara başladığı xəbər verilir. Türk hərbçiləri bildiriblər ki, quru əməliyyatı İraqda kürd yaraqlılarının mövqeləri olduğundan şübhələnilən hədəflərin hava hücumları və artilleriyadan istifadə edərək vurulmasından sonra başlayıb. Xəsarət alanlar barədə məlumat verilməyib. Lakin PKK-nın sözçüsü Əhməd Dansın dediyinə görə, iki türk əsgəri öldürülmüş, səkkizi yaralanmışdır.

Türkiyə televiziyası ilə əməliyyatlarda türk ordusunun 10 000 əsgərinin iştirak etdiyi xəbər verilib. Qeyd edək ki, Türkiyə prezidenti Abdulla Gülün dünən İraq prezidenti Cəlal Talabani ilə telefon söhbəti zamanı ona hərbi əməliyyatlara başlanacağı barədə məlumat verdiyi bildirilir.

XS
SM
MD
LG