Accessibility links

İraqda Yaşıl Zonaya hücumlar olub


Bağdadda ABŞ səfirliyinin və İraq hökumətinin yerləşdiyi Yaşıl Zona minamyotlardan və raketlərdən atəşə tutulub. 10 kvadrat kilometrlik sahə içərisində azı 10 partlayış səsi eşidilib. Hələlik xəsarətlər barədə məlumat verilmir. Yaşıl Zona tez-tez raket və minamyot atəşlərinin hədəfinə çevrilir. ABŞ hərbçiləri bu hücumlarda radikal Şiə ruhanisi Müqtada əl Sədrin hərəkatından qopmuş İranın himayə etdiyi Şiə militantlarını ittiham edirlər. Sədr dünən rəhbərlik etdiyi Mehdi Ordusu ilə ABŞ və İraq qüvvələri arasındakı atəşkəsi növbəti 6 ay müddətinə uzatmağa razılıq verib. Bu atəşkəs sayəsində İraqda zorakılıqlar 60 faiz azalıb.
XS
SM
MD
LG