Accessibility links

Kiprdə prezident seçkilərinin qalibi Kristofias oldu


Kiprin Mərkəzi Seçki komissiyasının rəsmiləri kommunist partiyasının lideri Demetris Xristofiasın prezident seçkilərinin qalibi olduğunu elan edib. Son nəticələrə görə, Kristofias prezident seçkilərinin ikinci turunda səslərin 53 faizindən bir qədər çoxunu əldə edib. Səsvermə zamanı onun mühafizəkar opponenti İyoannis Kasulidisə seçiçicilərin 43 faizinin səs verdiyi deyilir. Keçmiş xarici işlər naziri Kasulidis Kristofiasın Kiprin bölünməsinə son qoymaq səylərinə dəstək verəcəyinə söz verib. Prezident seçkilərində hər iki namizəd Kipr türklərilə adanın birləşməsinə çalışacaqlarına söz vermişdilər. Kristofias Avropa Birliyində hakimiyyət başına keçən ilk kommunist lider olacaq.
XS
SM
MD
LG