Accessibility links

Los Ancelesdə Oskar mükafatlarının təqdimat mərasimi keçirildi


Narkotik alverdən bəhs edən "Qocalara Yer Yoxdur" Kaliforniyada keçirilən 80-ci Akademiya Mükafatları mərasimində ilin Ən Yaxşı Filmi hesab edilib. Coel və Etan Koen qardaşları zorakılıqlarla dolu filmə rejissorluq etdiklərinə görə evə Oskar aparıblar. Onlar həmçinin Ən Yaxşı Ssenari kateqoriyasında da qalib gəliblər. Daniel Day Lewis "Qan Düşəcək" filmində qəddar neft sahibkarı roluna görə Ən Yaxşı Aktyor üzrə Oskar alıb. Marion Kotillard La Vie an "Rose" filmində Fransız müğənnisi roluna görə Ən Yaxşı Aktrisa mükafatına layiq görülüb. Haviyer Bardem və Tilda Svinton Ən Yaxşı Yardımçı Aktyor və Aktrisa kateqoriyalarında Oskar alıblar.

XS
SM
MD
LG