Accessibility links

Serbiyanın Kosovo üzrə naziri BMT missiyasının başçısı ilə görüşür


Serbiyanın Kosovo üzrə naziri Slobodan Samardziç bu gün Kosovoda BMT missiyasının başçısı ilə görüş keçirir. BMT əvvəlcə nazirin Kosovoya getməsinə icazə verilməyəcəyini elan etmişdi. Lakin Samardziç səfərinin sülh və sakitliyin bərqərar edilməsi məqsədi daşıdığı bildirdikdən sonra qərar dəyişdirilmişdi. Serbiya isə bildirib ki, nazirin səfərinin məqsədi Kosovodakı serbləri evlərini tərk etməməyə təşviq etməkdən ibarətdir.

Qeyd edək ki, Slobodan Samardziç Kosovonun müstəqilliyini elan etməsindən sonra sərhəd məntəqlələrə edilən hücumlara açıq şəkildə dəstəiyini bidlirmişdi. Kosovo albanlarının baş nazir müavini serb rəsmisinin regiona səfərinin gərginliyin artmasına xidmət edəcəyini deyib.

XS
SM
MD
LG