Accessibility links

Robert Geyts Türkiyəni İraqdakı hərbi əməliyyatları dayandırmağa çağırır


Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts bildirib ki, o, Türkiyə liderlərinə gələn iki həftə ərzində İraqın şimalında hərbi əməliyyatlara son qoymalı olduqlarını deyəcək. Türkiyənin İraqdakı PKK yaraqlılarına qarşı həyata keçirdiyi hərbi əməliyyatların başlamasından bir həftə sonra cənab Geyts bu gün Ankaraya getməlidir. Robert Geyts hərbi əməliyyatların tez bir zamanda dayandırılması barədə Vaşinqtonun mövqeyini bir də təkrar edəcəyini deyib.

Türkiyənin nümayəndəsi Əhməd Davutoğlu İraq rəsmilərilə danışıqlar aparmaq üşün bu gün Bağdada gəlib.

Türkiyə hərbi qüvvələrinin məlumatında bildirilir ki, dünən axşamdan bəri 77 kürd yaraqlısı öldürülmüş, bununla da kürd yaraqlılarından ölənlərin sayı 230 olmuşdur.

XS
SM
MD
LG