Accessibility links

ATƏT Azərbaycanda demokratik islahatlara dəstəyi davam etdirəcək


Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatının sədri qurumun Azərbaycanda iqstisadi islahatlara dəstək verməyə davam edəcəyini bəyan edib. Bu gün Bakıda danışan Finlandiyanın Xarici işlər naziri İllka Kanerva deyib ki, rəsmi Bakı iqtisadi islahatların həyata keçirilməsində inkişafa nail olub. O bildirib ki, qarşıdan gələn prezident seçkiləri prezident İlham Əliyevə demokratik islahatları həyata keçirimək imkanı verəcək. ATƏT-in fəaliyyətdə olan sədri bu açıqlamaları Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra verib.

ATƏT-in açıqladığı bəyanatda bildirilib ki, Kanerva səfərindən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qarşıdan gələn məhkəməsindən narahatlığını ifadə etmək üçün istifadə edib. O deyib ki, məhkəmənin qərəzsiz keçəcəyinə ümid bəsləyir və hökumət jurnalistlərin rəsmilərin müdaxiləsi olmadan fəlaiyyətl göstərməsinə imkan verməlidir.

ATƏT-in sədri və Azərbaycan Xarici işlər naziri arasında görüşdə Azərbaycan-Ermənsitan Dağlıq Qarabağ münaqişəsini nizamlanması da müzakirə olunub. Kanerva münaqaşənin nizamlanması istiqamətində səylərə dəstəyin davam etdiriləcəyinə söz verib.

XS
SM
MD
LG