Accessibility links

Türkiyə qoşunları geri çəkilib


Türkiyə ordusunun bildirdiyinə görə, kürd yaraqlılara ağır zərbə endirdikdən sonra qoşunlar İraqın şimalından geri çəkilib. Türkiyənin Baş Hərbi Qərargahının açıqladığı bəyanatda deyilir ki, qoşunlar PKK yaraqlılarına qarşı məqsədlərinə nail olduqdan sonra bu gün Türkiyədəki bazalarına qayıdıb. Rəsmi Ankara deyir ki, hava və quru hücumları yaraqlı hücumlarını dayandırmaq məqsədi daşıyır. Ancaq İraqın kürd liderləri hava hücumları nəticəsində bir çox yerli infrastukturların məhv edildiyini bildirib. İraq Türkiyəni onun suverenliyini pozmaqda ittiham edərək, təcili olaraq ərazisindən çıxmağı tələb edirdi. Dünən ABŞ da rəsmi Ankaraya hərbi əməliyyatlara son qoymaq üçün təzyiqlər göstərib. Prezident Buş və müdafiə naziri Robert Qeyts Türkiyənin mümkün qədər tez İraqın şimalından çıxmalı olduğunu bildirib.
XS
SM
MD
LG