Accessibility links

İran lideri ABŞ qüvvələrinin İraqdan çıxmasına səsləyir


İran prezidenti Mahmud Əhmədinejad deyir ki, ABŞ-ın rəhbərlik etdiyi qüvvələr İraqı tərk etməlidirlər. O, ABŞ-ı regiona terrorizm və dağıntı gətirməkdə ittiham edib. Cənab Əhmədinejad bu gün Bağdadda keçirdiyi mətbuat konfransında bildirib ki, 6 il bundan öncəyədək İraqda terrorizm yox idi. O, deyib ki, qərb qüvvələri idarəçiliyi xalqın öhdəsinə buraxmalıdırlar. Dünən aşam cənab Əhmədinejad Bağdadın Kazimiyyə məhəlləsində İmam Musa əl Kazımın məqbərəsini ziyarət edib. Ondan əvvəl isə İran prezidenti İraqlı həmkarı Cəlal Təlabani ilə görüşüb. Bir az öncə Bağdad televiziyası cənab Təlabaninin İranlı həmkarını Tehran aeroportundan yola saldığını nümayiş etdirib.
XS
SM
MD
LG