Accessibility links

Demokratlar nümayəndələr uğrunda mübarizə aparırlar


Amerika prezidentliyinə namizədlər üçün iki ən mühüm ştatın nümayəndələri ilə bağlı mübahisələr demokrat namizədlərin nominasiyası üçün əsas faktorlardan hesab edilir. Partiya rəsmiləri Miciqan və Florida ştatlarında nümayəndələrin konvensiyadakı iştirakından məhrum edib. Nyu York senatoru Hillari Klinton bu ştatlarda qələbə əldə edib. Onun demokrat rəqibi Barak Obama Miçiqan səsverməsində iştirak etməmişdi. Florida və Miçiqanın qubernatorlarının birgə bəyanatında demokartlar nümayəndələrinin iştirakının təmin edilməsinə çağırıb. Bu ştatların Konqres nümayəndələri dünən gecə vəziyytədən çıxış yollarını müzakirə edib.

Xatrırladaq ki, ABŞ prezidentliyinə namizəd, demokrat senator Hillari Klinton nümayəndələri ilə zəngin olan Texas və Ohayo ştatlarındakı praymerilərdə qələbə əldə edib.

XS
SM
MD
LG