Accessibility links

İran parlament seçkilərinə hazırlaşır


Bu gün İranda gələn həftə keçiriləcək parlament seçkilərinin rəsmən kampaniyaları başlayıb. Bu seçkilərin ölkə prezidenti Mahmud Əhmədinejad üçün referendum mahiyyəti daşıyacağı gözlənilir. İranın Daxili Işlər Nazirliyinin bildirdiyinə görə, cari ayın 14-də keçiriləcək seçkilərdə 4500 namizəd iştirak edəcək. İranın Ali Nəzarət Şurası əksəriyyəti islahatçılar olmaqla 2200 namizədi seçkilərdən kənarlaşdırmışdı. Mühafizəkar qrup 100 nəfərin namizədliyini artıq bərpa edib.

İranın qabaqcıl dissident ruhanisi Ayətolla Əli Müntəziri namizədlərin kütləvi şəkildə seçkilərdən kənarlaşdırılmasını İran xalqının hüquqları və azadlığının boğulması kimi qiymətləndirib.

XS
SM
MD
LG