Accessibility links

Nyu-York qubernatoru üzr istəyir


Nyu-York qubernatoru Eliot Spitzer ictimaiyyət qarşısında öz nalayiq əməllərinə görə üzr istəsə də, bu əməllərin nədən ibarət olduğuna dair heç nə deməyib. Qubernatorun üzrxahlığı New York Times qəzetində onun fahişəlik şəbəkəsi ilə əlaqəsinə dair məlumatdan sonra edilib. Keçən həftə Nyu-Yorkun federal prokurorluğu məsələ ilə əlaqədar 4 nəfəri məsuliyyətə cəlb edib. Qeyd edək ki, bu şəbəkə Amerika Birləşmiş Ştatları və Avropadan olan zəngin müştərilərini 5500 dollara qədər yüksək dəyəri olan fahişələrlə təmin edir. New York Times qəzetinin yazıdığına görə, qubernator Spitzerun belə görüşlərindən birinin təşkilinə dair telefon söhbəti izlənmişdi. Məqalənin nəşrindən sonra Nyu-York qubernatoru Eliot Spitzer məlumatı nə rədd, nə də təsdiq etmişdi.“ Mən ailəm qarşısındakı borclarıma zidd bir hərəkət etmişəm. İlk öncə ailəmdən üzr istəyirəm. Daha yaxşı şeylər vəd etdiyim ictimaiyyətdən üzr istəyirəm”-deyə o bildirib. Cinayətkarlığa qarşı 8 illik mübarizə səylərinə görə tanınan demokrat Spitzer 2006-cı ildə qubernator seçilmişdi. “Cənab Təmiz” adlandırılan bu şəxs bəzən hədsiz dərəcədə mənəviyyat və düzlükdən danışdığına görə tənqidlərə də məruz qalırdı. Bir qurbernator kimi o, respublikaçıların nəzarəti altında olan Senatla mübahisəli əlaqələrə malikdir. Belə ki, qubernator Senatda irəli sürülən bir neçə təklifin əleyhinə çıxış edib. Spitzer evlidir və uç uşaq atasıdır.

XS
SM
MD
LG