Accessibility links

Bəsrədən Nasiriyyə şəhərinə gedən avtobus partladılıb


İraqın cənubunda yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində avtobusun 16 sərnişini həlak olub. Polis işçisinin dediyinə görə, avtobus liman şəhəri Bəsrədən Nasiriyyə şəhərinə qayıdırdı. Partlayış nəticəsində 22 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

ABŞ ordusunun bildirdiyinə görə, dünən İraqın Diyala viləyətində bomba hücumu nəticəsində 3 Amerika əsgəri və onların tərcüməçisi həlak olub. Daha əvvəl həyata keçirilən intiharçı hücumu Bağdaddakı nəzarət məntəqəsi yaxınlığında 5 ABŞ əsgərinin həyatına son qoymuşdu.

Dünən qeydə alınan digər hücumda avtomobilin partlaması ən azı 2 nəfərin ölməsinə, 30-dan çox adamın yaralanmasına səbəb olub.

XS
SM
MD
LG