Accessibility links

Nyu York ştatının qubernatoru seksual qalmaqalla bağlı istefa verdi


Nyu York qubernatoru Eliot Spitzer fahişəlik şəbəkəsilə əlaqəsinə dair məqalənin dərc edilməsindən bir neçə gün sonra bu gün istefa verib. Demokrat Spitzer istefasını Nyu Yorkdakı ofisində elan edib. Spitzer özünü döğrulda bilmədiyi üğün dərin təssüf hissi keçirdiyini bildirib və deyib ki, onun şəxsi uğursuzluqlarının insanların işinə mane olmasına yol verə bilməz. İstefa bazar ertəsi günündən qüvvəyə minir. Onun yerini qubernatorun müavini, ştatın ilk Afrika mənşəli və ABŞ-ın ilk kor qubernatoru olacaq Deyvid Paterson tutacaq. Eliot Spitzer “Nyu York Tayms” qəzetində onun federal müstəntiqlərin fahişəlik şəbəkəsilə əlaqədar olduğunu aşkar etdiyinə dair məqalə dərc edildikdən sonra istefaya dair ciddi təzyiqlərlə qarşılaşmışdı.
XS
SM
MD
LG