Accessibility links

İraqda bu gün 7 nəfər həlak olub


İraq polisinin bildirdiyinə görə, Bağdadın mərkəzində içərisinə bomba yerləşdirilmiş avtomobil hücumu nəticəsində ən azı 7 nəfər həlak olub, 20 nəfərsə yaralanıb. Hücum barədə ətraflı məlumat verilmir. Başqa bir xəbərə görə, İtaliyanın Katolik xəbər agentliyi –SIR bildirir ki, keçən ay oğurlanan katolik arxiyepiskopunun Mosul şəhərində cəsədi tapılıb. Bağdad yepiskopu Şlemon Vanduriyə istinad edən agentlik, oğruların Paulos Faraj Rahhonu basdırdığını bildirib. Mosulun katolik arxiyepiskopu Rahho silahlılar tərəfindən oğurlanmışdı. Oğrular onun sürücüsü və iki həmkarını qətlə yetirmişdi. Roma Papası Benedikt Rahhonun ölümündən dərin təssüf hissi keçirdiyini bildirib.
XS
SM
MD
LG