Accessibility links

Rusiya Ukrayna ilə razılaşdı


Rusiya və Ukrayna bu il üçün qaz nəqli barədə son razılaşma əldə ediblər. Rusiyanın qaz monopoliyası Qazprom bildirir ki, bu gün bəyan olunan razılaşmaya əsasən həmçinin bu ilin ilk ayı üçün qaz nəqlinin qiymətləri də müəyyən edilib. Razılaşmaya görə, qaz nəqlində iştirak edən azı bir vasitəçi şirkət kənarda qalacaq. Rusiya Ukraynanın 2008-ci il bu günə kimi 600 milyon dollar borcu olmasını deməsindən sonra razılaşma ləğv olunmuşdu. Qazprom bu ayın əvvəlində Ukraynaya qaz nəqlinin 50 faizini kəsmişdi. Ukrayna isə əvəzində Avropaya ötürəcək qazı ərazisindən keçən digər boru kəmərlərindən götürəcəyi ilə təhdid etmişdi.
XS
SM
MD
LG