Accessibility links

Çində Kommunist lider yenidən prezident seçildi


Çin parlamenti yenidən Kommunist Partiyanın sədri Hu Tsintaonu növbəti 5 illiyə prezident seçib. Çoxlarının gözlədiyi kimi, Ümumçin Xalq Nümayəndələri Məclisinin təxminən 3000-ə yaxın deputatı demək olar ki, yekdilliklə cənab Huya səs verib. Parlament hakimiyyətdə olan Kommunist partiyasının əsas qüvvəsi hesab olunur. Deputatlar həmçinin Xi Tsinpingi vitse-prezident və Vu Baqquonu 11-ci Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri vəzifəsinə seçib. Xi inqilabçı oğludur və ehtimallara görə, prezident Hunun xələfi olacaq. O, həmçinin bu ilin avqust ayında Pekində keçiriləcək Yay Olimpiya Oyunlarının hazırlıqlarına məsul şəxsdir.
XS
SM
MD
LG