Accessibility links

Almaniya kansleri İsraildədir


Almaniya kansleri Anqela Merkel İsraillə əlaqələri möhkəmlətmək məqsədilə bu il yaradılmasının 60-cı ili qeyd olunacaq yəhudi dövlətinnə səfər edib. Tel Əviv hava limanında xanım Merkeli İsrailin baş naziri Ehud Olmert qarşılayıb. Kansler Merkel deyib ki, öz ölkəsinin keçmişinə görə İsrailə xüsusi münasibət bəsləyir. Onun bildirdiyinə görə, Almaniya daha yaxşı gələcək qurmaq üçün İsraillə işləmədliri. İsrailin baş naziri Ehud Olmert xanım Merkeli dost adlandıraraq, onun terrorizmə qarşı mübarizədə səylərinə yüksək qiymət verib.

Çərşənbə axşamı günü Almaniya kansleri İsrail partlamenti qarşısında çıxış edəcək.

XS
SM
MD
LG