Accessibility links

Əfqanıstanda NATO-nun 4 əsgəri həlak olub


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, maşına yerləşdirilmiş bomba partlayışı səbəbi ilə 3 NATO və 4 əfqan əsgəri həlak olub. Danimarka Müdafiə Nazirliyi bu gün Helmənd vilayətində baş verən hücum nəticəsində 2 danimarkalı əsgərin ölməsini təsdiq edib. Çex Respublikasının Müdafiə Nazirliyi də bu kamikadze hücumu zamanı bir əsgərlərinin həlak olduğunu bildirib. NATO rəsmiləri deyir ki, həlak olan əfqanlardan biri qrup üçün tərcüməçi işləyirdi. Digərləri isə mülki vətəndaşlar olub. Helmənddə qoşunların çoxu Böyük Britaniyaya məxsusdur ancaq, orada Danimarkanın NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri tərkibində xidmət edən 500 əsgəri də var.
XS
SM
MD
LG