Accessibility links

Pakistan Xalq Partiyası baş nazir vəzifəsinə namizədinin adını açıqladı


Pakistan Xalq partiyası parlamentin keçmiş spikeri Yusif Reza Gilanini baş nazir vəzifəsinə namizəd göstərib. Pakistan Xalq partiyasının sözçüsü Yusif Reza Gilaninin baş nazir vəzifəsinə namizədliyini bu gün elan edib. Cənab Gilanının parlament seçkilərində rəqibsiz iştirakı gözlənilmir. Belə ki, prezident Pərviz Müşərrəfi dəstəkləyən əsas partiya olan Müsəlman Birliyi Q partiyası baş nazir vəzifəsinə namizədin adını bazar günü açıqlayacağı bildirib

Bir qədər əvvəl prezident Pərviz Müşərrəflə müttəfiq Müttahidə Quami Hərəkat Partiyası “xoş məram əlaməti olaraq” baş nazir vəzifəsinə namizədini geri götürdüyünü elan etmişdi.

Xanım Bhuttonun partiyası fevral ayında parlament seçkilərində səslərin böyük bir hissəsini əldə etmiş, lakin namizədini göstərə bilməmişdi.

XS
SM
MD
LG