Accessibility links

Vladimir Putin Kosovodakı serblərə humanitar yardım barədə göstəriş verib


Rusiya xəbər agentliklərinin məlumatına görə Rusiya prezidenti Vladimir Putin Kosovoda yaşayan Serb azlığına humanitar yardım göstərilməsi haqda göstəriş verib. Cənab Putin bu qərarı Serbiya hökumətinin Rusiya xarici işlər naziri Sergey Lavrovdan yardım istəməsindən sonra verib.

ABŞ və əksər Avropa dövlətləri etnik albanların çoxluq təşkil etdiyi Kosovonun müstəqilliyini tanıyıblar. Lakin Serbiyanın ənənəvi müttəfiqi Rusiya Belqradın bu əraziyə iddiasını müdafiə edir.

XS
SM
MD
LG