Accessibility links

BMT Nikosiyada əsas keçid məntəqəsinin açılmasına hazırlaşır


BMT-nin mina təmizləyən qrupları bölünmüş Nikosiyada əsas keçid məntəqəsinin açılmasından öncə bufer zonasında təmizləmə işləri aparır. BMT-nin sözçüsünün bildirdiyinə görə, mütəxəssislər 1974-cü ildə Türkiyənin Kiprə müdaxiləsi dövründən qalmış artilleriya mərmiləri, ya da partlayıcı maddələrin təmizlənməsi işini bu gün başa çatdırmalıdırlar. Rəsmilər bildiriblər ki, Ledra küçəsi heç bir problem olmasa, aprel ayının əvvəlində açılmalıdır.

Keçən həftə Kipr prezidenti Demetris Xristofias türk həmkarı Mehmet Əli Tələtlə 34 illik münaqişənin həll edilməsinə dair danışıqlara yenidən başlamaq haqda razılıq əldə ediblər. Tərəflər Nikosiyanın hər iki tərəfində əsas keçid olan Ledra küçəsinin açılmasını xoş niyyət əlaməti kimi qiymətləndiriblər.

XS
SM
MD
LG