Accessibility links

Əfqanıstanın şimalında bomba hücumu üç alman əsgərinin yaralanması ilə nəticələnib


Əfqanıstanın şimalındakı alman nəzarət məntəqəsinə hücum nəticəsində 3 alman əsgər yaralanıb. Almaniya ordu rəsmilərinin bildirdiyinə görə, yolkənarı bomba hərbi maşının yanında partlayan zaman nəzarətçilər Kunduz vilayəti yaxınlığında olub. 2 əsgərin vəziyyəti ağırdır. Almaniya Əfqanıstanda əsgərlərinin sayını artırmaq üçün təzyiqlərə məruz qalır. Kanada müdafiə naziri Peter Makey Almaniyanı Taliban yaraqlıların fəal olduğu cənub bölgələrdə rolunu artırmağa çağırıb. Almaniyanın Əfqanıstanda 3 mindən çox əsgəri var. Onların çoxu bir qədər stabil ərazi olan şimalda yerləşdirilib.
XS
SM
MD
LG