Accessibility links

Tibet paytaxtında etiraz aksiyaları yenidən baş qaldırıb


Bu gün Tibet paytaxtı Lhasada etiraz aksiyalarının yenidən baş qaldırdığı xəbər verilir. Etiraz dalğası ABŞ, Yaponiya və Avropa diplomatlarının regiona nəzarətli səfərinin başa çatdığı ərəfəyə təsadüf edir. Pekindəki ABŞ səfirliyinin nümayəndəsinin bildirdiyinə görə, səfərdə iştirak edən 15 ölkənin diplomatlarına rəsmi proqramdan kənara çıxmaq, müstəqil hərəkət etmək və yerli sakinlərlə danışmağa icazə verilməyib. Bu arada Tibetin mühacirətdə olan ruhani lideri Dalay Lama deyir ki, rəsmi Pekinin etnik çinliləri Tibetdə yerləşdirmə siyasəti mədəni genosidə bərabərdir. Dalay Lama bu gün Yeni Dehlidə müxbirlərə bildirib ki, Tibetdəki Çinlilərin sayı hər ay artır. Onun təxminlərinə görə artıq orada yarım milyona yaxın çinli yaşayır. Dalay Lama bu cərəyanı demoqrafik təcavüz kimi qiymətləndirib.
XS
SM
MD
LG