Yaponiya rəsmiləri Tokyonun müdafiəsi üçün raketdən qorunma sisteminin tamamlandığını xəbər verirlər. Müdafiə rəsmilərinin dediyinə görə, “Patriot Advanced Capability” – PAK 3 yer-hava interseptorları paytaxtın şimal-şərqində yerləşdirilib. Bu son qurğu Tokyonun müdafiə sisteminin 4 interseptorundan biridir. Şimali Koreyadan təhlükə ilə üzləşən Yaponiya raketdən müdafiə qabiliyyətini sürətlə genişləndirməkdədir. Qeyd edək ki, dünən rəsmi Pxenyan Sarı Dənizdə qısa mənzilli raketini sınaqdan keçirib.