Accessibility links

Tehran Hollandiya səfirinə nota verib


İran Qurana dair mübahisələr doğurmuş filmə görə Tehrandakı Hollandiya səfirinə nota verib. İranın dövlətə məxsus mətbuatının verdiyi məlumata görə, İran Xarici işlər nazirliyi hazırda Avropa Birliyində rotasiya üzə prerzidentliyi icra edən Soveniyanın nümayəndəsini də izahat üçün nazirliyə çağırıb. Tehran holland qanunverici Girt Vildersin filmini islama və mədəniyyətə zidd adlandıraraq qınayıb. Avropa Birliyi dünən filmin nifrət doğurduğu deyilən bəyanatla çıxış edib. Lakin qurum filmin yaradıcısının söz azadlığlını tanıdığını da bəyan edib. BMT baş katibi Ban Ki Mun filmi qınayraq, nifrət doğurmağa heç cür bəraət qazandırmağın mümkün olmadığını bildirib.
XS
SM
MD
LG