Accessibility links

ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Əl- Qaidənin  Pakistan sərhədlərində  sığınacaq tapdığını bildirir


ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Maykl Heyden Əl- Qaidənin Pakistan sərhədlərində sığınacaq tapdığını bildirir. O, bunu Amerika Birləşmiş Ştatları və regiona ciddi təhlükə yaratdığını deyib. NBC tele-şirkətinin “Meet the Press” proqramının qonağı olan Maykl Heyden bildirib ki, son 18 ay ərzində Əl-Qaidənin fəaliyyətdə olduğu müşahidə edilir. O, Əl-Qaidənin ABŞ sərhədlərini asanlıqla keçə bilən qərbli görünüşünə malik olan insanları təlimlərdən keçirdiyini bidlirib. ABŞ mətbuatında deyildiyi kimi Amerikanın Pakistanın sərhəd bölgələrində Əl-Qaidəyə qarşı hücumları artırdığına dair sualın cavabında Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru bu məlumatı nə təsdiq, nə də inkar edə biləcəyini deyib.

XS
SM
MD
LG