Accessibility links

ABŞ prezidenti NATO sammitində iştirak etmək üçün Avropaya yola düşüb


ABŞ prezidenti Corc Buş NATO ölkələrinin sammitində iştirak etmək üçün Avropaya yola düşüb. Sammitdə prezident Buşun NATO müttəfiqlərini Əfqanıstana hərbi dəstəyi gücləndirməyə çağıracağı gözlənilir. Avropaya səfəri çərçivəsində prezident Buş NATO-nun genişlənməsi və ABŞ-ın Avropada raketlərdən müdafiə sistemi yerləşdirmək planlarını Rusiya prezideni Vladimir Putinlə müzakirə edəcək. Rumıniya paytaxtı Buxarestdə açılacaq NATO sammitindən öncə ABŞ prezidenti Ukrayna və Gürcüstanın alyansa üzvlüyü məsələsini prezident Viktor Yuşenko ilə müzakirə etmək üçün Ukraynada olacaq.
XS
SM
MD
LG