Accessibility links

Kondoliza Rays Qərb sahilində yaşayış məntəqələrinin inşasını dayandırmağa çağırıb


ABŞ dövlət katibi Kondoliza Rays İsraili İordan çayının Qərb sahilində yaşayış məntəqələrinin inşasını dayandırmağa çağırıb. Xanım Rays bu açıqlamaları İsrailin İordan çayının Qərb sahilində 600 yeni evin inşasını planlaşdırdığını elan etməsindən sonra bu gün İordaniyada verib.

Kondoliza Rays fələstinlilərin prezidenti Mahmud Abbasla danışıqlar aparmaq üçün Əmmandadır. Dövlət katibi Rays İsrail və fələstinli müzakirəçilər arasında danışıqların düzgün istiqamətdə getdiyini bəyan edib. Lakin o, İsraili “Yol xəritəsi” sülh planını pozaraq yaşayış məntəqələrini genişləndirdiyinə görə tənqid edib. ABŞ Dövlət katibi İsrail və fələstinlilərin rəsmilərilə sülh razılığının əldə edilməsi istiqamətində səyləri gücləndirmək məqsədilə üç günlülk səfərlə regiondadır.

XS
SM
MD
LG