Accessibility links

Seçkilərin nəticələri Zimbabvedəki müxalifət qüvvələrinin irəlidə getdiyini göstərir


Zimbabvenin aparıcı müxalifət qüvvələri ümummilli seçkilərin nəticələrinə əsasən hakim ZANU-PF partiyasından azacıq irəlidə gedirlər. Səsvermənin nəticələri Demokratik Dəyişiklik Hərəkatının koalisiya tərəfdaşları ilə birgə 67, hakim partiyanın isə 64 yer aldığını göstərir.

Səsvermənin bitməsindən 72 saat keçməsinə baxmayaraq prezident seçkilərinin nəticələri hələ də açıqlanmayıb. Qeyri hökumət təşkilatlarının yaydığı məlumata görə onlardakı statistika müxalifət namizədi Morqan Tsvingirayın prezident Robert Muqabeni məğlub etdiyini göstərir. Lakin səs fərqi ikinci raundun keçirilməsinin qarşısını almağa kifayət etmir.

XS
SM
MD
LG