Accessibility links

ABŞ müdafiə nazirinin Çin səfəri davam edir


ABŞ-ın maliyyə naziri Henri Polson iki günlük Çin səfəri çərçivəsində həmin ölkəni hava çirklənməsinin qarşısını alan texnologiya idxalına qoyulan maneələri aradan qaldırmağa çağıraraq, belə tariflərin iqtisadi baxımdan məqsədəuyğun olmadığını deyib. Çinin Elmlər Akademiyasında çxış edən nazir bildirib ki, bu texnologiya sağlamlıqla yanaşı, Çin xalqının manafeyinə xidmət edir. Enerji məsələsinin müzakirəsi maliyyə nazirinin Çin rəsmiləri ilə görüşlərinin diqqət mərkəzində yer alır.

Çin rəsmiləri ABŞ-Çin iqtisadiyyat strategiyasına dair dialoqla bağlı danışqıların növbəti raundundan əvvəl keçirilən bu görüşü cənab Hu nailiyyətli adlndırıb. ABŞ-ın maliyyə naziri Henri Polson Çinin xarici işlər naziri və Çinin milli inkişaf və islahatlar komissiyasının direktoru ilə də danışıqlar aparıb. Çin və Amerika birləşmiş Şttalrı Çin iqtisadiyyat strategiyasına dair dialoqla bağlı danışqıların növbəti 4-cü raundunun iyun ayında Vaşqintonda təşkilinə dair razılıq əldə ediblər.

XS
SM
MD
LG