Accessibility links

Monteneqroda müstəqillik əldə ediləndən sonra ilk prezident seçkiləri keçirilib


Monteneqroda ölkənin iki il bundan əvvəl müstəqilliyini qazanmasından sonra ilk prezident seçkiləri keçirilir. Ölkənin səsvermək hüququ olan əhalisinin təxminən 500 mininin səsvermədə iştirak edəcəyi bildirilir. İctimai rəy sorğuları hazırda hakimiyyətdə olan Filip Vuyanoviçin prezident seçkilərində onun rəbiqi olan üç siyasətçidən irəlidə olduğunu göstərir. Sosialistlərin Demokrat partiyasını təmsil edən 53 yaşlı Filip Vuyanoviç daha beş il müddətinə hakimiyyətdə qalmaq istəyir. O, 2003-cü ildən Monteneqronun prezidentidir və 2006-cı ildə onun müstəqillik qazanmasında mühüm siyasi rol oynayan baş nazir Milo Cukanoviçin müttəfiqidir. Filip Vuyanoviçin əsas rəqibi Dəyişikliklər Hərəkatından korrupsiya əleyhinə platformadan çıxış edən Neboyşa Medoceviçdir. Digər iki namizəd Serbiya tərəfdarı siyasətçilərdir.
XS
SM
MD
LG