Accessibility links

Con Makkeyn İraq hərbi qüvvələrinin əməliyyatlarını yüksək qiymətləndirib


ABŞ prezident seçkilərində respublikaçı namizəd senator Con Makkeyn deyib ki, İraq hərbi qüvvələri bu yaxınlarda Bəsrədə əməliyyatlar zamanı özünü yaxşı tərəfdən göstərib. Cənab Makkeyn bu açıqlamaları bu gün Fox televiziya şirkətinə müsahibə zamanı verib. O deyib ki, belə bir əməliyyatın həyata keçirilə biləcəyini doqquz ay bundan əvvəl təsəvvür etmək olmazdı. Senator Makkeyn bu açıqlamaları ABŞ-ın İraqdakı komandiri general Deyvid Petreusun müharibə ilə bağlı fikirlərini Konqresə çatdırmağa hazırlaşdığı vaxt verir.

Keçən ay ekstremist şiə ruhani Müqtəda əl-Sədrin Mehdi ordusu ilə İraq və koalisiya qüvvələri arasında küçə döyüşləri zamanı yüzlərlə adam həlak olub.

XS
SM
MD
LG