Accessibility links

92-ci Pulitzer Mükafatları Nyu Yorkda elan olunub


Jurnalizm, dram və musiqi üzrə 92-ci illik Pulitzer Mükafatları dünən Nyu York şəhərində yerləşən Kolumbiya Universitetində elan olunub.

Mükafatlar sırasında İctimai Xidmət kateqoriyasında Vaşinqton Postun ABŞ hərbi veteranlarının müalicəsi haqda reportajı öz unikallığı ilə fərqlənir. Pulitzer Direktorlar Şurası bildirir ki, post mükafatı Valter Rid hospitalında yaralanmış əsgərlərə göstərilən qeyriadekvat münasibəti aşkara çıxarmaqla cəmiyyətdə güclü rekasiya doğurduğuna görə alıb. Bu böyük şərəfdir, əməkdaşları Dana Örist və Maykl de Kille ilə bərabər İctiami Xidmət mükafatını almış jurnalist Ənn Hall bildirib.

İctiami Xidmət üzrə mükafat alan şəxsə qızılmedal, yerdə qalan 20 kateqoriya üzrə laureatlara isə adambaşı 10 min dollar verilir. Vaşinqton post həmçinin Virciniya Tek universitetində qətliyam və ABŞ milli siyasətində vitse prezident Dik çeyninin rolu haqda araşdırıcı reportajlara görə mükafatlar alıb.

Vaşinqton Post qəzetində yazı ilə çıxış edən Hovard Kurtz Pulitzer Prizlərinin alınmasını öz qəzeti tarixində ən əhəmiyytli hadisə kimi qeyd edir. Müxtəlif mövzularda cəmiyyətin diqqətini özünə cəlb edən yazılar çap etməklə Post 2006-cı ildəki 4 Pulitzer Prizi ilə yadda qalan rekordunu üstələyib.

Barton gelman və Co Beker Dik Çeyninin vitse prezident kimi qeyri adi rolunu təsvir edən 4 seriyalı reportaj hazırladıqlarına görə mükafat alıblar. Onlar cənab Çeyninin ABŞ-ın anti-terror səylərinə, vergilərə, xərcləmə siyasətinə və ətraf mühit üzrə nizamlamaya təsrini tədqiq ediblər.

Başqa mükafatçılar sırasında 'Taymz' jurnalı, Boston Globe və 'Busines Investor Daily' qəzetlərinin müxbirləri də var.

XS
SM
MD
LG