Accessibility links

ABŞ-ın İraqdakı rəsmilərinin Konqres qarşısında ifadələri davam edir


ABŞ-ın İraqdakı hərbi qüvvələrinin komandiri və Amerikanın həmin ölkədəki səfiri Konqres qarşısında daha bir ifadə verirlər. General Deyvid Petreas və səfir Rayan Kroker bu gün Nümayəndələr Palatasının Xarici Əlaqələr və hərbi xidmət komitələri qarşısına çıxırlar.

Dünən general Petreas ABŞ qüvvələrinin İraqdan çıxarılması əməliyyatının iyul ayından sonra heç olmasa 45 gün ərzində dayandırılmasını təklif etmişdi. General demişdi ki, həmin müddət ərzində İraqda hərbi baxımdan inkişaflar nəzərdən keçiriləcək.

Hər iki rəsminin İraqda nailiyyət əldə edildiyini demələri ilə yanaşı, onalr vəziyyəti hələ də qeyri-sabit və dəyişkən adlandırıb. Bu gün onlar uzunmüddətli hərbi, siyasi və iqtisadi əməkdaşlıqla bağlı İraq və ABŞ arasında əldə ediləcək razılığa dair müzakirələr barədə sulları cavablandıracaq.

XS
SM
MD
LG